Rusiya səfirliyi: Əfqanıstan Prezidenti Qani bir təyyarə pulla Kabildən qaçıb

0

İctimairey.az – RİA Novosti-nin məlumatına əsasən xəbər verir ki, Əfqanıstan Prezidenti Əşrəf Qani pulla dolu maşınlarla Kabildən qaçıb, apara bilmədikləri şeylər hava limanının uçuş meydançasında qalıb.

Diplomatik missiyanın mətbuat katibi Nikita İşçenko bildirib ki, “Rejimin süqutuna gəlincə, bu, Qani-nin Əfqanıstandan necə qaçması ilə xarakterizə olunur: dörd maşın pulla doldurulmuşdu, pulu bacardıqları qədər tələsik təyyarənin içinə atmağa çalışırdılar. Amma təyyarədə artıq yer qalmadığından, qalan pul uçuş sahəsində qaldı”.

Xatırladaq ki, Əfqanıstanda vəziyyət son həftələrdə xüsusilə ağırlaşmışdı, taliblər böyük şəhərlərə doğru irəlilədilər. Bazar günü media və mənbələr üsyançıların bütün sərhəd keçidlərinə nəzarəti ələ keçirdiklərini bildirdilər. Elə həmin gün yaraqlıların Kabula girdikləri və prezident sarayını ələ keçirdikləri məlum oldu.

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni “qırğının qarşısını almaq üçün” tərk etdiyini söyləsə də, 4 maşın pulu ölkədən çıxarmağa çalışdı, lakin qismətinə ağzınacan dolu bir təyyarə pul düşdü. Bazar ertəsi gecəsi, Taliban siyasi bürosunun rəsmi nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini və əyalətdəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını söylədi.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »