“Təbii ki, ağır məğlubiyyətə uğramış bir dövlətin sülh sazişi imzalamaq niyyəti olmayacaq…”

0

“Ona görə ermənilər sağlam məntiqə sığınmalıdırlar ki, heç olmasa özlərini qoruya bilsinlər…”

“Təbii ki, Azərbaycan Ermənistana təklif edir ki, sülh sazişi bağlayaq. Ermənistan da istənilən vasitələrlə bu sülh sazişini imzalamaqdan yayınmağa çalışır. Çünki ağır məğlubiyyətə uğramış bir dövlətin təbii ki, sülh sazişi imzalamaq niyyəti olmayacaq”.

İctimai Rəy xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili, politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə Ermənistan təxribat törətməklə vəziyyətin dəyişməsinə ümid edir, amma bütün bunlar fiaskoya uğrayacaq:

“Yaxşı xatırlayırıq ki, ötən il də bu vaxtlar Ermənistan intensiv təxribatlar həyata keçirməyə başladı. Onun ardınca payızda bu təxribatların qarşısı sərt şəkildə alındı, Azərbaycan əks-hücum əməliyyatlarını həyata keçirib, torpaqlarını işğaldan azad etdi. Təbii ki, Azərbaycan Ermənistana təklif edir ki, sülh sazişi bağlayaq. Ermənistan da istənilən vasitələrlə bu sülh sazişini imzalamaqdan yayınmağa çalışır. Çünki ağır məğlubiyyətə uğramış bir dövlətin sülh sazişi imzalamaq niyyəti olmayacaq. Xüsusən də ermənilər kimi təcavüzkar bir xalqdan söhbət gedirsə, asanlıqla onların yola gəlməsini və sülh sazişi imzalayacağını gözləmirik. Belə olan halda Ermənistan vəziyyətin dəyişməsinə ümid edir. Təbii ki, vəziyyəti dəyişmək üçün isə Ermənistanın heç bir resursu yoxdur. Ermənistanın bu gün yeganə çıxış yolu ondan ibarətdir ki, Azərbaycanla sülh sazişi imzalasın, sərhədlərin delimitasiyası həyata keçirilsin, Azərbaycanın dövlət sərhədlərini tanısın, Azərbaycan onsuz da dünya ölkələrinin dövlət sərhədlərinə hörmətlə yanaşıb. Ermənistan isə qonşuların sərhədlərinə hər zaman təсavüz edib, əraziləri iddiaları irəli sürüb. Qonşu olduğu dörd ölkədən üçünə qarşı ərazi iddiaları var. Ona görə belə bir təcavüzkar xalqdan və dövlətdən rahat bir şəkildə sülh sülh sazişi imzalayacağını gözləmək sadəlöhvlük olardı. Bu baxımdan Ermənistanı həm də belə bir vəziyyətdə qərb siyasi dairələri çox rahat bir şəkildə alət qismində istifadə edirlər. Çünki qərb siyasi dairələri də görürlər ki, Ermənistan öz hazırkı vəziyyəti ilə barışmaq istəmir, bu da təbii ki, Ermənistanın bir dövlət olaraq korluğunun nəticəsidir. Çünki ermənilər uzun illər həyata keçirdiyi təxribatların qurbanlarına son nəticədə özləri çevriliblər. Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi və ermənilərin özləri də etiraf edirlər ki, tarix boyu qırıla-qırıla azalıblar. Məsələn, ikinci Qarigin müharibədən təxminən bir ay sonra dedi ki, “biz kiçik xalqıq və qırılıb aradan çıxırıq”. Ona görə bunlar bir sağlam məntiqə sığınmalıdırlar ki, heç olmasa özlərini qoruya bilsinlər. Çünki qonşularına qarşı təxribatlar törətməklə cavablarını alacaqlar və məhv olacaqlar.

Qərb dairələri də təbii ki, hesab edirlər ki, Rusiya Cənubi Qafqaz regionunda təşəbbüsü təkbaşına ələ almaqdadır və bu da onların regiondakı maraqlarına uyğun deyil. Ermənistandan bir alət kimi istifadə edib münaqişənin hələ davam etməsi təəssüratını yaratmağa çalışırlar. Belə olan halda onlar məsələnin müzakirəsini ATƏT-in Minsk Qrupu formatına qaytarmaq üçün əsaslar tapmağa çalışırlar. Yəni bu cür xəyallara dalırlar ki, Ermənistandan istifadə etsinlər, təxribatlar törətsinlər, Azərbaycan cavab versin və münaqişə başlasın ki, yenidən ATƏT-in Minsk Qrupu fəaliyyətə başlasın, ABŞ və Fransa da Cənubi Qafqaz regionunda öz mövcudluğunu əldə etmək üçün əlavə imkanlar qazansın. Əslində ABŞ-ın da, Fransanın da Cənubi Qafqaz regionunda maraqlarını Azərbaycanla əməkdaşlıq üzərindən qorumaq imkanları daha realdır. Amma görünür onlar da regionda gərginliyi yaratmağı özləri üçün daha uyğun variant hesab edirlər. Lakin bütün hallarda bu məğlubiyyətli variantdır. Azərbaycan özünün güc mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Cənubi Qafqazdakı vəziyyətlə bağlı Azərbaycanın, Türkiyənin və Rusiyanın mövqeləri bir-birinə kifayət qədər yaxındır. Bu baxımdan hesab edirəm ki, regionda vəziyyətin yenidən gərginləşdirilməsi istiqamətində istənilən cəhd elə başlanğıcdan fiaskoya uğrayacaq. Başqa bir səbəbi də qeyd etmək istəyirəm ki, Ermənistan xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhəddi boyunca öz ərazilərindən təxribatlar həyata keçirməkdədir. Görünür Ermənistanın digər bir ümidi də onunla bağlıdır ki, Azərbaycan Ermənistanın bu təxribatlarını önləyən zaman ermənilərin əlində bir əsas olacaqdır ki, guya Ermənistanın ərazisinə Azərbaycanın hər hansı hərbi müdaxiləsi baş verib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etmək üçün bir əsas yaranmış olacaq. Təbii ki, bu da boş xülyadır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da bununla bağlı dəfələrlə mövqeyini bildirib. Onlar bildiriblər ki, heç bir halda prosesə qoşulmayacaqlar. Çünki regionda atəşkəs rejiminə nəzarət mərkəzi, yəni Monitorinq Mərkəzi mövcuddur. O, Monitorinq Mərkəzində də Rusiya və Türkiyə hərbçiləri birgə fəaliyyət göstərirlər və təxribatlar haqqında da detallı təsəvvürlərə malikdirlər. Ona görə də Ermənistanın bu hansısa subyekti çaşdırma cəhdləri də boşa çıxmaqdadır və heç bir nəticəsi də olmayacaq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »