Anbar 14 nəfərə məzar oldu – Güclü yanğın

Çinin Tszilin əyalətinin Çançun şəhərində baş verən yanğında 14 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

İctimairey.Az APA-ya istinadən bildirir ki, yanğın yüksək texnoloji sənaye bölgəsinin ərazisində yerləşən logistika anbarında meydana gəlib.

Bildirilib ki, xəsarət alanlardan 12-nin vəziyyəti ağırdır.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

İctimairey.Az

Comments are closed.

Tərcümə »