Ukrayna yeraltı anbarlarında saxlanılan Rusiya qazını geri qaytarmır. Bunu Rusiya Enerji Həftəsi forumunda Rusiya Prezidenti Vladimir Putin deyib.
İctimairey.az Rusiya mediyasına istinadən xəbər verir ki, Putin bildirib ki, – “Qazımızı bizə vermələrini tələb etdik, lakin geri vermədilər. Ukraynada bəzi məsuliyyətsiz siyasətçilər yeraltı anbarlarında saxlanılan və onlara aid olmayan bu qazın, milliləşdirilməli olduğunu söyləyirlər. Özəl operatorlar Ukraynadakı yeraltı anbarlardan qazı tədricən çıxarmağa başlayıblar “.
Prezident həmçinin bildirib ki, Ukrayna üzərindən qaz tranziti artacağı təqdirdə, Hidravlik qurğular təzyiqə tab gətirməyib, partlayış törədəcək. Putin, eyni zamanda, – Rusiya Ukraynadan yan ötərək, lazım olduğundan daha çox qaz tədarük edir. – deyə vurğulayıbdı.
İctimairey.az