Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Saakaşvilinin tərk edilməyəcəyini bildirib
Ukrayna, həbs edilən İslahatlar Milli Şurasının icra komitəsinin rəhbəri və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidən imtina etməyəcəyinə söz verdi. Xarici işlər naziri Dmitri Kuleba müvafiq bəyanatla çıxış edib.
Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Saakaşvili ilə daimi əlaqə saxlanılır, vəkillər və konsul onunla görüşür. O, – “İndi bu işin hüquqi tərəfini tam öyrənirik, bu vəziyyətdə tətbiq edəcəyimiz ən yaxşı alqoritmi seçirik” – deyib.
Nazir xatırladıb ki, Saakaşvili Ukrayna vətəndaşıdır. “Vətəndaşlarımızı xaricdə problemlə üz -üzə qoymuruq. Buna görə də, hansı yolla hərəkət etməyimizə qərar verildikdə (bu, yalnız ekstradisiya ola bilməz), bu barədə məlumat verəcəyik ”, – deyərək, sözünü yekunlaşdırıb.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Səkkiz illik mühacirətdən sonra, bələdiyyə seçkilərinə etirazlara qatılmaq üçün ölkəyə qayıdıb. Gürcüstanda siyasətçi qiyabi olaraq bir neçə il həbs cəzasına məhkum edilib.
İctimairey.az