ABŞ aspirin haqqında bilgiləri alt-üst etdi: Pis təsirləri faydalarından qat-qat çoxdur

0

Ağrı kəsici olaraq bilinən və ürək xəstəliklərinin qarşısını almaq üçün, aşağı dozalarda tövsiyə edilən aspirinlə bağlı açıqlama gündəmi dəyişib. Aspirinin pis təsirlərinin faydalarından daha ağır olduğunu ifadə edən ABŞ Preventive Services Task Force adlı həkimlər qrupu, ürək böhranı və ya vuruş riski olan 60 yaşdan yuxarı xəstələrə aşağı dozalı aspirin verilməməsi üçün xəbərdar edib. Xüsusilə infarkt və ya vuruş keçirməyən yaşlı xəstələrdə faydalarından daha əks – ağır fəsadlar törətdiyini izah edib.
Açıqlamada, aspirinin hətta 60 yaşdan yuxarı olanlar üçün aşağı dozalarda belə, həzm sistemində həyati təhlükəsi olan qanaxmalara və yaralara yol açacağı xəbərdar edilib. Könüllü olaraq çalışan müstəqil ekspertlər qrupu, 2016-cı ildə bağırsaq xərçəngi riski olanlar üçün, aşağı dozalı aspirindən istifadə tövsiyəsinin də geri götürdüyünü açıqlayıb.
Digər tərəfdən, qanaxma riski olmayan 40 yaşlarında insanlarda profilaktik aspirin istifadəsinin faydalı ola biləcəyi, bu faydanın isə, 50 yaşlarında daha aşağı olduğu bildirilib. Ürək böhranı keçirən xəstələrdə aşağı dozalı aspirinin istifadəsinə davam etmək tövsiyə olunur.
Ağrı kəsici olaraq bilinən Aspirin, qanı durulaşdırıcı təsiri səbəbiylə ürək xəstəliyi və vuruş riski olanlarda qan laxtalanmasının qarşısını almaq üçün, aşağı dozada 81-100 mq dozada qəbul etməyi tövsiyə edilir.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »