Braziliyanın “Embraer” təyyarə istehsalçısının nümayəndələri, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasını araşdırmaq üçün Qazaxıstana gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Qəza zamanı təyyarə tamamilə məhv olub və hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hadisə ilə bağlı xüsusi açıqlama verib və ictimaiyyəti bu mövzuda yalan məlumatlar və təxribatlara yol verməməyə çağırıb.
“Qəzanın araşdırılması ilə bağlı hər hansı saxta məlumatların yayılmasına və təxribatlara yol verilməməlidir,” – deyə Tokayev bildirib.
Eyni zamanda Tokayev Baş Prokurorluq və hökumət komissiyasına qəzanın obyektiv və şəffaf şəkildə araşdırılmasını təmin etmək tapşırığı verib.
Hadisənin təfərrüatları və səbəbləri ilə bağlı araşdırma davam edir. Təyyarə istehsalçısı “Embraer” nümayəndələrinin iştirakı ilə araşdırmanın yaxın zamanda nəticələrinin ictimaiyyətə açıqlanacağı gözlənilir.
Comments are closed.