Deontay Uilderin məşqçisi Malik Scott Tayson Fury ilə döyüşdən sonra döyüşçüsünün vəziyyətindən danışıb.
İctimairey.az xatırladır ki, 10 oktyabrda keçən döyüşdə Uaylder 11-ci raundda nokauta düşüb, döyüşün sonunda xəstəxanaya göndərilib.
“Bəli, həkimə getdik, amma ümumiyyətlə hər şey yaxşıdır. Deontayın qolu, barmaqları, oynaqları sındırılıb və dodağı partladılıb”- Scott Malik bildirib.
Tayson Fury hesabındakı 32 döyüşün 31-qələbə ilə nəticələnib, 22-si nokunt, 1 döyüş də heç -heçə başa çatıb. Deontay Vilder peşəkar karyerası ərzində 45 döyüş keçirib, onlardan 41-i nokaut, 1 heç -heçə və 2 məğlubiyyətlə başa çatıb – hər ikisi da Taysonla mübarizədə.
Taysonla Vilder arasında 2018 -ci ilin dekabrında baş tutan ilk döyüşdə hakimlər heç-heçə qeydə alıblar. 2020-ci ilin fevral ayında baş tutan ikinci döyüşdə isə, İngilis boksçu amerikalını nokaut edərək, DBŞ (Dünya Boks Şurası) çempionluq kəmərini əlindən aldı.
İctimairey.az