Suriyada hakimiyyəti ələ keçirmiş Hayat Təhrir əş-Şam (HTŞ) qrupunun lideri Əhməd əl-Şaraa (əvvəlki adı Əbu Məhəmməd əl-Culani) Dəməşqdə xarici jurnalistlərlə görüşündə ölkənin gələcəyi ilə bağlı planlarını açıqlayıb.
Musavat.com -un hazlrladığı xəbərdə bildirilir ki, hərbi geyimini kostyumla əvəz edən əl-Şaraa, yeni hökumətin Suriya konstitusiyasını yenidən işləmək və institutları islah etmək üçün prosesə başlayacağını bildirib. Lakin o, ölkədəki mövcud qarışıqlıq və müharibə nəticəsində yerdəyişmələr səbəbindən bu islahatların vaxt tələb edəcəyini vurğulayıb.
“İnsanların böyük ambisiyaları var, lakin bu gün reallığı nəzərə almalıyıq, çünki Suriyada bir çox problemlər mövcuddur və onlar sehrli çubuqla həll olunmayacaq,” – deyə əl-Şaraa qeyd edib. O, ölkənin hələ seçkilərə hazır olmadığını, çünki hələ də qarışıqlıq içində olduğunu və müharibə səbəbindən bir çox suriyalının yerdəyişməyə məruz qaldığını əlavə edib.
Muhammed Culani (Əl-Şaraa) həmçinin İsrailin Suriyadakı son hücumlarını tənqid edib. O, əvvəllər İranın dəstəklədiyi qüvvələrə qarşı yönəlmiş bu hücumların artıq əsaslandırılmadığını və İsrailin Suriyadakı obyektləri bombalamasına və ya ölkə daxilində irəliləməsinə heç bir səbəb olmadığını bildirib.
HTŞ əvvəllər Əl-Qaidə ilə əlaqəli olub, lakin 2016-cı ildə bu qrupla əlaqələrini kəsərək beynəlxalq cihaddan imtina etdiyini və azlıqları qoruyacağını bəyan edib. Buna baxmayaraq, ABŞ və BMT tərəfindən terror təşkilatı kimi tanınan HTŞ-nin yeni hökumətinə beynəlxalq ictimaiyyət skeptik yanaşır.
Əl-Şaraa, “Ədalətə nail olmağa çalışırıq,” – deyə vurğulayıb. O, HTŞ-nin Suriya daxilində azlıqları qoruyacağını və beynəlxalq cihaddan imtina etdiyini bildirib. Lakin qrupun İslam idarəçiliyini tətbiq edəcəyini və bunun hansı formada olacağı hələ dəqiq deyil.
Mənbə: https://www.wsj.com/world/middle-east/syria
Comments are closed.