Bazar axşamı, Fələstin mediasının İsrailli işçilərin park tikmək üçün Qüdsün Qədim Şəhərinin Şərq Divarı yaxınlığındakı məzarlığı dağıtmasını bildirməsindən sonra, ərəblər Şərqi Qüdsdə İsrail polisi ilə toqquşub.
İctimairey.az xəbər verir ki, bu barədə JPost yazıb.
Onlarla iştirakçı saxlama konteynerlərini yandıraraq, polislərə daş yağdırıb. İsrayıl polisi üsyançılara qarşı səs bombalarından istifadə ediblər.
Son bir saat ərzində polis və sərhədçilər iştirakçıları dağıtmaq üçün, xüsusi vasitələrdən istifadə edərək hadisə yerində hərəkətə keçilblər. Şərqi Qüds sakini olan bir nəfər ictimai asayişi pozduğu və polislərə hücum etdiyi üçün həbs edilib. Hazırda ərazidə ictimai asayişi qorumaq üçün polis qüvvələri fəaliyyətini davam etdirir.
Güloğlan Məmmədov İctimairey.az