Serbiyanın daxili işlər naziri Vulin Belqrad NATO-ya üzv olmayacağına söz verdi
İctimairey.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Serbiya Daxili işlər naziri Aleksandr Vulin mediyaya müsahibəsində bildirib ki, hazırkı rəhbərlik altında olan hərbi neytrallığa ciddi riayət edəcək, NATO-ya qoşulmayacaq və Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək.
“Serbiyaya prezident Aleksandr Vuçiç rəhbərlik etdiyi müddətcə və mən təhlükəsizlik strukturlarında olduğum müddətcə Serbiya NATO üzvü olmayacaq və biz hərbi neytrallığımızı qorumaqla çox ciddi məşğul olacağıq”, – deyə Serbiyalı nazir bildirib.
“Serbiya Rusiyaya qarşı sanksiyaları və ya anti-Rusiya isterikasını heç vaxt dəstəkləməyəcək. Tarix göstəribdi ki, hər bir rusofobiya, həm də serbofobiyadır. Hələ tarix boyu elə bil hal olmayıb ki, Rusiyaya hücum etdikdə, Serbiya kənarda qalsın. Bu artıq bizdən asılı deyil, sanki, qanunverici bir haldır”- Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Güloğlan Məmmədov İctimairey.az