Pakistanın nüvə proqramının “atası” Abdul Kadır Xan vəfat edib

0

Pakistanın nüvə proqramının “atası”, nüvə fizikası sahəsində dünyada tanınmış alim Abdul Kadır Xan 86 yaşında koronavirusdan vəfat edib.
İctimairey.az Pakistan mətbuatına istinadla xəbər verir ki, Qərb xüsusi xidmət orqanlarının nümayəndələri onu dünyanın ən təhlükəli adamlarından biri adlandırıblar. O, atom bombasının yaradılması texnologiyasını qeyri-leqal olaraq Cənubi Koreyaya, İrana və Liviyaya verib. Buna görə alim 2004-cü ildə həbs edilib. Pakistanın o zamankı Prezidenti Pərviz Müşərrəf onu əfv edib. Bununla belə Abdul Kadır Xan 2009-cu ilə qədər ev dustaqlığında olub.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Corc Tenet Abdul Kadır Xanı Usama Ben Laden qədər təhlükəli adam hesab edib.
Pakistanın Baş naziri İmran Xan öz tviter səhifəsində yazıb: “Ölkə öz milli qəhrəmanını itirib. Xalqımız onu sevib, belə ki, Pakistan nüvə silahını yaratdığı üçün ona minnətdardır”.
Pakistan Prezidenti Arif Alvi isə deyib: “Nüvə silahını yaratmaqla Abdul Kadır Xan ölkəmizi xilas edib. Pakistan xalqı onun xidmətlərini heç zaman unutmayacaq”.
Güloğlan Məmmədov  İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »