Türkiyədə “Suriyalıdan təcili satış” elanları kütləviləşib, ancaq…

Əsəd rejiminin devrilməsi Türkiyədə daşınmaz əmlak qiymətlərinə təsir etməyə başlayıb.

Musavat.com Sozcu.com-tr-yə istinadla xəbər verir ki, geri dönməyi planlaşdıran bir çox suriyalılar evlərini, iş yerlərini və avtomobillərini satışa çıxarıb. İnternet resurslarında “Suriyalıdan təcili satış”, “Ölkəmə qayıdıram, təcili satılır”, “Təcili bazarlığa, münasib qiymətə” kimi elanların sayında artım müşahidə olunub.

Bildirilir ki, bu durum 3 milyon lirəlik evlərin 2 milyon lirəyə düşdüyünü ortaya çıxarıb. Bu isə meydana fırıldaqçıların çəxmasına səbəb olub və bununla bağlı əhaliyə xəbərdarlıqlar edilib.

Satışların artacağı və qiymətlərin bir qədər aşağı düşəcəyi gözlənilir. Bununla belə, demək olar ki, bütün suriyalıların ölkələrinə qayıtmayacağı və burada biznes quranların geri qayıtmasının vaxt aparacağı düşünülür. Ancaq qayıdan insanların yüzdə 10-unun bazarda dinamikaya səbəb olacağı, bunun da avtomobil, iş yeri və mənzil satışlarını artıracağı, qiymətlərdə azalma olacağı proqnozlaşdırılır.

Bununla belə, bu cür sövdələşmələrdə kütləvi aldatma və kələkbazlıq aktlarının ola biləcəyi, buna görə də potensial alıcıların tələyə düşməmələri tövsiyə olunur.

“Türkiyə” qəzetindən Kaan Zenginlinin xəbərinə görə, İstanbuldakı qalereya sahibi Ali Yılmaz “Suriyalıdan satış” başlıqlı ucuz avtomobil elanlarına diqqətli olmaq lazımdır. “Fırıldaqçılar hər şeyi fürsətə çevirirlər. İndi Suriya məsələsi gündəmə gəlib. Bundan istifadə edərək depozit fırıldaqları edə bilərlər”.

Comments are closed.

Tərcümə »