Sərnişin təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd ETDİ

Meksikanın “Volaris” aviaşirkətinə məxsus daxili reyslə uçan sərnişin təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib.

“Report” xəbər verir ki, bu barədə aviaşirkətin “X” sosial şəbəkəsində dərc olunan açıqlamasında deyilir.

“Volaris” bildirir ki, bu səhər El Bajiodan Tixuanaya uçan 3041 saylı reysdə bir sərnişin təyyarəni zorla ABŞ-yə yönləndirməyə cəhd edib”, – aviaşirkət bildirib.

Ekipaj müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun hərəkət edib və protokola uyğun olaraq, təyyarə Qvadalaxara hava limanına yönləndirilib və burada aviaşirkət sərnişini səlahiyyətli orqanlara təhvil verib.

Comments are closed.

Tərcümə »