Suriyada dekabrın 8-i milli bayram elan EDİLDİ

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası 8 dekabr tarixini ölkədə milli bayram kimi elan edib.

Musavat.com-un məlumatına görə, koalisiyanın yaydığı bəyanatda bu qərarın səbəbi açıqlanıb. Bildirilib ki, 8 dekabr Dəməşqin silahlı qüvvələr tərəfindən tutulduğu gün olduğu üçün Suriya xalqı üçün xüsusi mənaya malikdir.

Koalisiya bəyanatında belə deyilir: “Suriya Milli Koalisiyası dekabrın 8-ni şəhidlərin və qurbanların qələbəsi günü, həbs olunanların, köçkünlərin və məzlumların qələbəsi günü, haqq və ədalətin cinayət üzərində qələbəsi günü olduğu üçün Suriyada milli bayram elan edir”.

Bu bəyanatla Suriyanın müxalifət qüvvələri, ədalətin və azadlığın bərpası yolunda baş verənləri rəmzi bir qələbə kimi qeyd etdiklərini bildirirlər.

Comments are closed.

Tərcümə »