Rusiya Suriya prezidenti Bəşər Əsədin devrilməsi ilə bağlı baş verən son hadisələrdən sonra Suriyadan təhlükəsiz şəkildə çıxmaq üçün yeni planlar üzərində işləyir.
Musavat.com xəbər verir ki, bu məqsədlə Moskva rəhbərliyi Türkiyədən dəstək istəyib.
Rusiya Xarici İşlər Nazirliyi, bu gün səhər saatlarında verdiyi açıqlamada, Əsədin artıq ölkəni tərk etdiyini və Suriya daxilindəki siyasi vəziyyətin “dramatik və narahatlıq doğurduğunu” bildirib.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, Əsəd ilə silahlı qarşıdurmada iştirak edən qüvvələr arasında danışıqların aparıldığı və bu danışıqlar nəticəsində Əsədin hakimiyyətdən sülh yolu ilə imtina etməklə vəzifəsindən getmə qərarı verdiyi bildirilib. Bu səbəbdən o, ölkəni tərk edib.
Rusiya, bu yeni vəziyyət fonunda Suriyadan təhlükəsiz çıxış üçün mümkün yolları araşdıraraq bölgədəki vəziyyəti daha da sabitləşdirməyə çalışır. Bu prosesdə Türkiyənin də vacib dəstək göstərəcəyi gözlənilir.
Comments are closed.