“Bitcoin” 200 min dollara qədər bahalaşa bilər” – PROQNOZ

“Bitcoin” kriptovalyutasının qiyməti 100 min dolları keçərək yeni tarixi maksimumunu yeniləyib.

Milli.Az xəbər verir ki, bu barədə “Binance” kriptovalyuta birjası açıqlama verib. Səhər saatlarına olan məlumata əsasən, “Bitcoin”in qiyməti 103 322 dollar təşkil edib.

Bəs onun daha da yüksəlmə ehtimalı var?

Məsələ ilə iqtisadçı ekspert Eldəniz Əmirov Milli.Az-a deyib ki, hazırda 100 000 dolları keçən “Bitcoin”in 200 000 dollar səviyyəsinə qədər yüksəlməsi mümkündür.

“Bu, idarə edilən bazar tələbinin davamlı olaraq qiymətləri artırmağı təmin etməsi ilə mümkündür. Lakin 200 000 (maksimum 250 000) dollar həddinə çatdıqdan sonra tələbin azalması ehtimalı var. Belə bir vəziyyət qiymətlərin yenidən enməsinə səbəb ola bilər.

Bununla belə, bazar tələbinin idarə edilməsi ilə, birja və kripto platformaları Bitcoinin müəyyən bir hissəsini təmsil edən kiçik paylar (tokenlər və ya derivativlər kimi) yaradaraq qiymətləri yüksək saxlamağa çalışa bilərlər. Bu yanaşma, sabun köpüyünün xırda parçalarına ayrılması kimi, qiymətlərin sabit saxlanmasına kömək edə bilər”.

Comments are closed.

Tərcümə »