Litva Gürcüstan prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib.
Bu barədə Litva Prezidenti Gitanas Nausedanın baş müşaviri Asta Skaysqirit bildirib.
“Belə bir ehtiyac olarsa, Litva təbii ki, sığınacaq verə bilər, lakin hazırda Prezident Zurabişvili öz xalqı ilə Tiflisdə qalacağını çox açıq şəkildə bəyan edib”, – baş müşavir bildirib.
Qeyd edək ki, Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti bu ay başa çatıb.//APA
Comments are closed.