Peskov: Rusiya Rumıniyada seçki proseslərinə müdaxilə etməyib

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rumıniyada keçirilən seçki proseslərinə Moskvanın müdaxilə etdiyi barədə irəli sürülən iddiaları rədd edib.

Musavat.com xəbər verir ki, Peskov bu ittihamların tamamilə əsassız və sübutsuz olduğunu bildirib.

“Bu cür iddialar daha çox kollektiv Qərbdə mövcud olan əsas tendensiyaya təqlid etmə manevridir. Hər hansı əsas olmadan bu ittihamlar irəli sürülür və heç bir reallığa əsaslanmır,” – deyə Peskov qeyd edib.

Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin birinci turunun nəticələri ilə bağlı mübahisələr davam edir. Rumıniyanın Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri seçkilərin birinci turunun yenidən keçirilməsinin mümkünlüyünü elan edib. Təkrar seçkilərin 15 dekabr tarixində baş tuta biləcəyi bildirilib.

Müşahidəçilər Rumıniyada seçki prosesinin şəffaflığı və xarici müdaxilə iddiaları ilə bağlı yaranan narahatlıqları izləyirlər. Bu məsələlər həm Rumıniya daxili siyasətində, həm də beynəlxalq arenada diqqət mərkəzindədir.

Comments are closed.

Tərcümə »