İranlı miqrantlar Polşa ilə sərhəddəki 5,5 metrlik divarı nərdivanla aşıblar

Bir qrup qeyri-qanuni miqrant Polşa və Belarus sərhədndəki 5,5 metr hündürlüyü olan qoruyucu divarın üstündən nərdivanla aşıb keçiblər.

Musavat.com ng.ru-ya istinadla xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb.

Xidmətdən yayılan açıqlamaya görə, qrupa 10 İran vətəndaşı daxildir. Onlar Polşa ərazisində olanda sərhədçilər tərəfindən saxlanılıb. Onların istifadə etdiyi nərdivanlar Belarus ərazisində qalıb. Əşyalar miqrantlara kömək edənlər tərəfindən dərhal çıxarılıb.

Hesabatda qeyd edilir ki, əvvəllər miqrantlar qoruyucu divarı aşmaq üçün başqa üsullardan istifadə ediblər. Onlar avtomobil domkratlarından istifadə edərək metal barmaqlıqları ayırıblar və ya motorlu mişarlarla bölmələrdə arakəsmələr açıblar.

2022-ci ildə Polşa şərq sərhədində 5,5 m hündürlüyündə və 186 km uzunluğunda metal divar inşa edib. Divarın üstü tikanlı məftillə örtülüb. Bütün hasar boyunca proyektorlar, hərəkət sensorları və video kameralar quraşdırılıb.

Comments are closed.

Tərcümə »