Rusiyaya gedən təyyarədə bomba həyəcanı…

Tailanddan Rusiyanın Yekaterinburq şəhərinə uçan “Airbus A330” təyyarəsi partlayıcı xəbərdarlığı səbəbindən Yekaterinburqdakı Koltsovo hava limanına təcili eniş edib.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı “112” “Telegram” kanalı məlumat yayıb. Naməlum şəxs təcili yardım xidmətinə müraciət edərək təyyarə salonunda bombaya bənzəyən, peycerə qoşulmuş qəribə bir obyekt tapıldığını bildirib. Bu xəbərin ardından təhlükəsizlik qüvvələri, həkimlər və yanğınsöndürənlər hava limanına səfərbər olunub.

Təyyarə 281 sərnişin və 10 ekipaj üzvü ilə təhlükəsiz şəkildə eniş edib. Fövqəladə hallar mütəxəssislərinin apardığı yoxlamalar nəticəsində təyyarədə heç bir təhlükəli əşya aşkar edilməyib. Hadisə sərnişinlər arasında qısa müddətli narahatlıq yaratsa da, təhlükənin olmaması təsdiqləndikdən sonra vəziyyət normallaşıb.

Comments are closed.

Tərcümə »