ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların yeni seçilmiş lideri Donald Trampın Kanada və Meksikadan idxal olunan bütün mallara rüsum tətbiq etmək planlarını həyata keçirməyəcəyinə ümid etdiyini bildirib.
Bu barədə “Report” “The Hill”ə istinadən xəbər verir.
“Ümid edirəm, o, fikrini dəyişəcək. Düşünürəm ki, bu, qeyri-məhsuldar tədbirdir”, – Bayden deyib.
“Biz Sakit Okean, Atlantik Okeanı və iki müttəfiqimiz, Meksika və Kanada ilə əhatə olunmuşuq. Etməli olduğumuz son şey bu münasibətləri korlamağa başlamaqdır”, – o əlavə edib.
Bu həftənin əvvəlində Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, o, rəsmi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk gündən ABŞ-yə Kanada və Meksikadan daxil olan bütün mallara 25 % rüsum tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, bu tədbir Meksika və Kanada vasitəsilə ABŞ-yə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan və Birləşmiş Ştatlarda cinayətkarlıq səviyyəsini artıran minlərlə insanın axını ilə bağlıdır.
Comments are closed.