Şri-Lankada oteldə rusiyalının 3 min dolları qarət edilib

Rusiyanın Şri-Lankadakı səfirliyi oğurluq hallarının artması səbəbindən turistləri otelləri diqqətlə seçməyə çağırıb.

Musavat.com Lenta.ru saytına istinadla xəbər verir ki, bu barədə məlumat diplomatik departamentin saytında yerləşdirilib.

Bu yaxınlarda səfirliyə məlum olub ki, adanın cənubundakı !Divine Villa” otelində bir rus qarətə məruz qalıb. Onun təxminən 3 min dollar pulunu oğurlayıblar. Şübhə otel menecerinin üzərinə düşüb və o, saxlanılıb.

“Eyni zamanda, otel sahibi, Fransa vətəndaşı Kristof Şambreyin rusofob ifadələri həddindən artıq çaşqınlıq yaradıb, o, ruslara qarşı son dərəcə mənfi münasibət bəslədiyini və onlardan sadəcə pul qazandığını etiraf edib, həmçinin vətəndaşımızı hədələyib”, – diplomatlar bildiriblər.

Səfirlik ruslara gələcəkdə bu oteldə qalmamağı və otel sahibləri ilə heç bir iş görməməyi tövsiyə edib. Onlar hadisə ilə yaxından məşğul olduqlarını vurğulayıblar.

Comments are closed.

Tərcümə »