Paşinyan bu dəfə də himni dəyişmək istəyir – FOTO

Ermənistan hökuməti dövlət himninə dəyişiklik layihəsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan parlamentinin sədri Alen Simonyan və hakim “Mülki müqavilə” fraksiyasının iki deputatı Taquhi Qazaryan və Sisak Qabrielyan “Ermənistanın himni haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış ediblər. Baş nazir Nikol Paşinyan bildirib ki, layihənin hazırlanmasında özü də iştirak edib. Xüsusilə, himnin sonuncu kupletinin birinci kupletdən sonra qoyulması təklif edilir ki, mətn “Xalqının azadlığı uğrunda şəhid olan bəxtiyardır” sözləri ilə deyil, “Qoy Ermənistan həmişə var olsun” sətri ilə bitsin.

Digər dəyişiklik isə ondan ibarətdir ki, Ermənistan hökuməti tədbirin xüsusiyyətləri və məhdud efir vaxtı olduğu halda himnin qısaldılmış variantını hazırlamalıdır. Bununla bağlı Təhsil və Elm Nazirliyinə tapşırıq verilib. Paşinyanı isə himnin müxtəlif yerlərdə fərqli ifa olunması, vahid standartların olmaması narahat edir. Onun sözlərinə görə, bu “fundamental problem” layihə çərçivəsində həll edilməlidir. İndi Paşinyanın iştirakı ilə keçirilən bütün tədbirlərdə himn müəyyən keyfiyyət standartları ilə canlı ifa edilməlidir.

 

Comments are closed.

Tərcümə »