Dekabrın 12-də Moskvada MDB ölkələrinin hökumət başçılarının şurası keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Birliyin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Qrozov məlumat verib.
Qeyd edək ki, MDB Dövlət Başçıları Şurası MDB-yə üzv dövlətlərin bütün yüksək vəzifəli şəxslərinin daxil olduğu Müstəqil Dövlətlər Birliyinin ali orqanıdır.
Əsas məsələlərlə – birliyin nizamnaməsindəki və onun orqanlarının strukturundakı dəyişikliklərlə məşğul olur. Şuranın müntəzəm iclasları hər il keçirilir.
Comments are closed.