Rusiya nüvə silahına əl atır?- ABŞ kəşfiyyatından sızan MƏLUMAT

Vaşinqtonun Ukraynanın Qərb silahlarından istifadə edərək Rusiya ərazisini hədəfə almasına icazə verməsi nüvə eskalasiyası riskini artırmır.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, hətta Rusiyanın yeni ballistik raket olan “Oreshnik”i sınaqdan keçirməsi və bunu Qərbə “xəbərdarlıq” kimi təqdim etməsi də ABŞ kəşfiyyatının nəticələrinə təsir etməyib.

ABŞ kəşfiyyatı bu qənaətə gəlir ki, Moskva hazırda nüvə silahlarının istifadəsi ilə bağlı eskalasiyaya getmək niyyətində deyil. Bununla belə, Qərb ölkələri vəziyyəti diqqətlə izləməyə davam edir.
Xatırladaq ki, Rusiya və Qərb arasındakı gərginlik Ukrayna müharibəsi fonunda artmaqda davam edir. ABŞ-ın bu qərarı, Ukraynanın öz müdafiəsini gücləndirmək üçün daha geniş imkanlara malik olmasını təmin etmək məqsədi daşıyır.

Comments are closed.

Tərcümə »