ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri yeni administrasiyada yüksək vəzifələrə potensial namizədlərdən gələcək dövlət başçısına onların xeyrinə verəcəyi məsləhətləri üçün ona aylıq haqq ödəmələrini istəyib.
Musavat.com xəbər verir ki, bu sensasiyalı məlumatı “The Washington Post” yayıb.
Qəzetin iki nəfərə istinadən verdiyi məlumata görə, söhbət Boris Epşteyndən gedir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Trampın vəkilləri müşavirlə bağlı hesabat hazırlayıblar. Onlar müəyyən ediblər ki, Epşteynin pul qopardığı şəxslər arasında seçilmiş prezidentin maliyyə naziri təyin etmək istədiyi Skott Bessent də var:
“Məlumata görə, Bessentin fevralda Trampla ilk görüşündən bir gün sonra Epşteyn onu “Palm Beach” hotelinə nahar etməyə dəvət edib. Görüş zamanı Epşteyn ondan ayda ən azı 30 min dollar maaş istəyib”.
Bildirilir ki, Tramp Epşteynə qarşı müvafiq ittihamları dinlədikdən sonra vəkillərə müvafiq hesabatın hazırlanaraq ona təqdim olunmasını əmr edib. İndi hüquqşünaslar siyasətçiyə Epşteynlə işi dayandırmağı və onunla sıx əlaqədən yayınmağı tövsiyə edirlər, çünki bu, seçilmiş prezident üçün qalmaqalla nəticələnə bilər. Üstəlik, Epşteyn cinayət məsuliyyətinə cəlb edilə bilər.
Comments are closed.