Fransada təcavüzkar keşişlər: 216 000 uşaq ruhanilər tərəfindən zorlanıb – araşdırma
Yeni araşdırmaya görə, 1950 -ci ildən bəri Fransa Katolik Kilsəsinin ruhaniləri tərəfindən təxminən 216.000 uşaq – əksəriyyəti oğlanlar – cinsi istismara məruz qalıb.
İstintaq rəhbəri ən azı 2900-3200 zorlanan olduğunu söyləyib və kilsəni “qurbanlara qarşı qəddar laqeydlikdə” günahlandırıb.
Vatikan açıqlamasında, Papa Francisin araşdırmanın nəticələrini öyrəndikdən sonra, “ağrı hiss etdiyini” söylədiyini bildirilir.
Zərərçəkənlərdən biri kilsənin hərəkətlərinə yenidən baxmağın vaxtının gəldiyini söyləyib
La Parole Libérée (Azad Söz) Qurbanları Dərnəyinin qurucusu olan Fransua Deva, “güvən xəyanəti, mənəviyyat xəyanəti, uşaqlara xəyanət” olduğunu söyləyib və əlavə edib ki, bütün məsuliyyət kilsənin, yepiskopların və Papanın üzərinə düşür.
Araşdırma, Fransada Katolik məktəblərində müəllimlərin, kilsənin dindarlarının törətdikləri sui -istifadə halları nəticəsində, zorakılığa məruz qalan uşaqların sayının 330 minə yüksələ biləcəyini müəyyən edib.
Vatikana görə, Papa bu xəbəri, son günlərdə Fransız yepiskopları ilə görüşdən sonra öyrənib.
Hesabat Katolik kilsəsi səlahiyyətliləri tərəfindən edilən sui -istifadə və cinayətəri dünyanın hər yerinə yayımlayıb.
2018 -ci ildə Fransız Katolik Kilsəsi tərəfindən müstəqil araşdırma, məhkəmə, polis və kilsə sənədlərini öyrənmək və qurban və şahidlərilə müsahibələr aparmaq üçün, iki il yarımdan çox vaxt sərf etmişdir.
İstintaq zamanı baxılan işlərin çoxu, Fransa qanunlarına görə mühakimə olunmaq üçün çox köhnə iş hesab olunub.
Təxminən 2500 səhifəlik hesabatda qurbanların “böyük əksəriyyətinin” bir çoxunun 10 -13 yaş arasında olan oğlanlar olduğu bildirilir.
Orada deyilirdi ki, kilsə nəinki sui -istifadə hallarının qarşısını almayıb, hətta bu barədə heç bir məlumat da verməyib, bəzən qəsdən uşaqları yırtıcılarla əlaqəyə girməyə vadar edib.
Müstəntiq Jan-Mark Sov 2000 -ci illərin əvvəllərinə qədər, kilsənin qurbanlara “açıq şəkildə, tam və hətta çox qəddar bir laqeydlik göstərdiyini söyləyib.
“Qurbanlara inanmırlar, onları dinləmirlər. Eşitdikdə isə, başlarına gələnləri uydurma güman edirlər” -deyib.
Müstəntiz Katolik Kilsəsində cinsi istismarın problem olaraq qaldığını da əlavə edib.
Komissiya 3200 təcavüzkarın, 11500 keşişin, din xadimlərindən təcavükarlıq dəlilini tapsa da, ehtimal ki, bu hələ hamsı deyil.
“Katolik Kilsəsi, ailə və dostlardan sonra, cinsi şiddətin ən çox yayıldığı bir mühitdir” – hesabatda deyilir.
Qurbanlar Parler et Revivre (“Yenidən danış və yaşa”) birliyinin rəhbəri Olivier Saviqnac, 13 yaşında Fransanın cənubundakı bir Katolik tətil düşərgəsinin müdiri tərəfindən pis rəftara məruz qalıb.
Araşdırma nəticəsində məlum olub ki, şiddət görən kişi və qadınların təxminən 60% -i emosional və ya cinsi həyatında ciddi problemlərlə üzləşib.
Müstəndiq deyib ki, Kahinlər tərəfindən gənclərə qarşı cinsi zorakılığın sistemli olduğunu qəbul etmək lazımdır. Bunun məsuliyyəti fırıldaqçıların deyil, kilsənin üzərinə düşür.
Kilsədə çoxları tapdıqlarından dəhşətə gələcəklər. Çoxları bunu bədbəxt hadisə kimi qəbul edəcək. Dini Sifarişlər Konfransının prezidenti Veroniq Marqron bacının dediyi kimi, – “Kilsə titrəyəcəksə, qoy titrəsin.”
Araşdırılan işlərdən yalnız bir neçəsi cinayət işinin başlanmasını nəzərə alıb, çoxu isə bir intizam tənbehi kimi qiymətləndirilib.
Əksər işlər məhkəmədə baxılmayacaq qədər köhnə olsa da, istintaq kilsəni qurbanlara təzminat da daxil olmaqla baş verənlərə görə, məsuliyyət daşımağa çağırıb.
Müstəntiq qeyd edib ki, maddi təzminat qurbanların çəkdiyi xəsarətləri həll etməsə də, “tanınma prosesini tamamladığı üçün, zəruridir”.
Hesabatın həmmüəllifi olan Fransa Yepiskopları Konfransının prezidenti, qurbanların sayının və yaşadıqlarının “təsəvvür edə biləcəyimizi aşdığını” – söyləib.
Fransız Kilsəsi, gələn ildən başlayaraq qurbanlara “maddi yardım” etmə planını elan edib.
Qeyd edək ki, bu ilin əvvəlində Papa Francis, Cinayət Məcəlləsinin təxminən 40 ildə ən böyük düzəlişi olan, cinsi təcavüzü açıq şəkildə cinayət hesab etmək üçün, Roma Katolik Kilsəsinin qanunlarını dəyişdirib.
GÜLOĞLAN MƏMMƏDOV
Esmira ŞÜKÜROVA. İctimairey.az