Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə telefon danışığı aparıb və əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlib.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
“Prezident Donald Tramp ilə gözəl bir telefon danışığı apardım və onu tarixi, inandırıcı qələbəsi münasibətilə təbrik etdim – bu nəticə möhtəşəm bir kampaniya sayəsində mümkün oldu. Biz intensiv dialoqu davam etdirmək və əməkdaşlığımızı irəli aparmaq barədə razılaşdıq. ABŞ-ın güclü və möhkəm liderliyi dünya birliyi və ədalətli sülh üçün həyati əhəmiyyət kəsb edir”, – deyə Zelenski bildirib.