İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi, Livanda vəziyyətin tənzimlənməsi üçün əlavə quru əməliyyatlarının həyata keçirilməsi planlarının hazırlanmasına davam edildiyini bildirib.
Musavat.com xəbər verir ki, o, diplomatik səylərə paralel olaraq, bu əməliyyatların genişləndirilməsinin vacib olduğunu vurğulayıb və zərurət yaranarsa, həmin planların dərhal işə salınacağını qeyd edib.
Hazırda, SAXAL, Livan, Beka vadisi, Beyrut və Suriyada Hizbullahın hədəflərinə qarşı əməliyyatları davam etdirir. Bu hücumlar bölgədəki strateji vəziyyətin dəyişməsinə səbəb ola bilər.