Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-nın seçilmiş prezidenti Donald Trampa telefon zəngi edərək onu 2024-cü il prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən verilən açıqlamada məlumat verilib.
Məlumata görə, telefon danışığı zamanı Prezident Ərdoğan, Donald Trampı seçkilərdəki müvəffəqiyyətinə görə şəxsi olaraq təbrik edib və yeni dövrdə ABŞ ilə Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda fikirlərini bölüşüb. Ərdoğan, həmçinin iki ölkə arasında siyasi, iqtisadi və ticarət sahələrində mövcud olan əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq məsələlərdə birlikdə hərəkət etmənin önəmli olduğunu vurğulayıb.