Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır

0

Rusiya və Türkiyə arasında müxtəlif sahələrdə aktiv qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Türkiyə Respublikasının elan edilməsinin 101-ci ildönümü münasibətilə təntənəli qəbulda bildirib.

“Biz xalqlarımızın bütün tarix boyu, o cümlədən çətin məqamlarda fikir ayrılıqlarını aradan qaldırmaq və inkişaf nöqtələrini tapmaq bacarığı sayəsində nail olduğumuz Rusiya-Türkiyə münasibətlərinin yüksək səviyyəsindən məmnunuq”, – nazir müavini qeyd edib. “İqtisadiyyat və ticarətdən tutmuş mədəniyyət və təhlükəsizliyə qədər müxtəlif sahələrdə aktiv qarşılıqlı əlaqələr yeni üfüqlərin mənimsənilməsi üçün strateji perspektivlər açır. Ticarət dövriyyəmiz artır”.

Türkiyənin Moskvadakı səfiri Tancu Bilgiç qeyd edib ki, iki ölkə arasında münasibətlər xeyli möhkəmlənib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın BRICS sammitində iştirakı bunun nümunələrindən biridir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »