Moldova prezidentliyinə namizəd, keçmiş baş nazir İon Çiku oktyabrın 20-də baş tutmuş və onun sözlərinə görə, kobud pozuntularla keçirilmiş prezident seçkilərinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çiku bu barədə keçirdiyi brifinqdə deyib.
“Biz Mərkəzi Seçki Komissiyasının 2024-cü il oktyabrın 20-də Moldova Respublikasında keçirilən prezident seçkilərində səsvermənin nəticələrinə yekun vurulması və seçkilərin ikinci turunun təşkili haqqında qərarının ləğvini tələb edirik. Bu müraciət Apellyasiya Palatasına göndərilib”, – Çiku brifinqdə bildirib.
Xatırladaq ki, oktyabrın 20-də keçirilən prezident seçkilərinin ekun nəticələrinə görədə hazıkı prezident Maya Sandu 42,49, onun rəqibi Aleksandr Stoyanoqlo isə 25,95% toplayıb.