BMT-də Fransa tərəfinin hesabatda verdiyi məlumatlar darmadağın edildi – VİDEO

0

BMT-nin İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində 22-23 oktyabr tarixlərində Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə əlaqədar Fransanın milli hesabatı dinlənilib.

İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, Fransa tərəfinin hesabatından sonra bir sıra təşkilatlar Fransada insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar irəli sürüblər.

BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini José Manuel Santos Pais Fransa tərəfinin verdiyi məlumatları darmadağın edən çıxış edib.

“2024-cü ilin may ayında isə, Numea sazişinin müddəalarına baxmayaraq, hansı ki, bu razılaşma konstitusiyaya əsaslanan və hakimiyyətin Fransadan Yeni Kaledoniyaya tədricən ötürülməsini nəzərdə tutan bir sənəddir – Milli Assambleya Yeni Kaledoniyanın seçici korpusunun genişləndirilməsi lehinə səs verdi. Bu dəyişikliklərə etiraz olaraq minlərlə kanak nümayişçisi səfərbər oldu və bu islahatların yerli xalqın nümayəndə institutları ilə əvvəlcədən sərbəst və məlumatlı şəkildə məsləhətləşilmədən həyata keçirildiyini tənqid etdi. Hakimiyyət orqanları tərəfindən kifayət qədər dialoq qurulmaması səbəbindən həmin tarixdən bəri şiddətli qarşıdurmalar baş verir. Fransız hökuməti asayişi bərpa etmək üçün böyük hərbi qüvvələr göndərdi, lakin bu prosesdə güc tətbiqinin həddindən artıq olması ilə bağlı çoxsaylı iddialar ortaya çıxdı, nəticədə Kanak nümayişçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bir neçə nəfərin ölümü və çoxsaylı yaralanmalar qeydə alındı”, – sədr müavini bildirib.

Onun sözlərinə görə, eyni zamanda “TikTok” sosial şəbəkəsi 14 gün müddətinə bloklandı.

“Komitəyə daxil olan məlumatlara görə, ən azı 11 nəfər güllələnərək öldürülüb, 169 nəfər yaralanıb, təxminən 1700 nümayişçi həbs olunub, onların bir qismi hətta Fransa metropoluna göndərilib. İnsan hüquqları müdafiəçilərinin, xüsusən də Kanak təşkilatlarından da həbslərin olduğuna dair iddialar var. Həmçinin, zorakılıq aktlarının və ictimai və şəxsi əmlaka zərər vurulmasının qeydə alınmasına baxmayaraq, nümayişlərə qarşı cavab repressiv xarakter daşıyıb. Qeydə alınan zorakılıq hallarının ciddiliyi, habelə ölən və yaralananların sayı xüsusilə narahatedicidir. Görünür ki, bu ərazilərdə baş verən zorakılıqlar Numea sazişində dəyişiklirlər və müstəmləkədən azad olma prosesində irəliləyişin olmaması ilə bağlıdır”, – deyə o bildirib.

Sədr müavini qeyd edib ki, Fransanın hesabatına əsasən, komitənin nəticələri ünvanlandığı dövlət üçün məcburi xarakter daşımır, lakin hökumət bu nəticələri bacardığı qədər səmimi şəkildə həyata keçirir.

“Ebbadj və Fransa, Yaker və Fransa, hicabın qadağan edilməsi ilə bağlı 5-ci iş, Koşe və Fransa, , FIA işi və Məsud Naima və Fransa, (Hebbadj v. France, Yaker v. France, Cochet v. France) işlərinəə nəzər salsaq, bu hallarda verilmiş qərarların heç birinin icra olunmadığını görürük”, – deyə o bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »