Sağ adama “öldü” deyib, orqanlarını çıxarmaq istədilər – ŞOK

0

Beyin ölümü keçirən şəxs orqan donorluğu əməliyyatında həyata qayıdıb.

Hadisə ABŞ-da qeydə alınıb.

2021-ci ildə Kentukki ştatında Həddindən artıq dozaya görə xəstəxanaya yerləşdirilən 36 yaşlı Thomas ‘TJ’ Hoover II-yə beyin ölümü diaqnozu qoyulub və ailəsi tərəfindən orqan donorluğu təsdiqlənib.

Xəstəxanada orqan donorları üçün keçirilən “qürur paradı” zamanı Huver gözlərini açıb ətrafa baxması ailəsini narahat edib. Həkimlər bunun sadəcə bir refleks olduğunu deyərək ailəni inandırıblar. Lakin əməliyyat otağında cərrahlar orqanları çıxarmağa hazırlaşarkən Huver hərəkətə keçərək ağlamağa başladı.

Keçmiş xəstəxana işçisi Nyckoletta Martinin ifadəsinə görə, vəziyyət bildirilsə də, KODA orqan nəqli koordinasiya mərkəzi əməliyyatın davam etməsini istəyib. Əməliyyat son anda ləğv edilib. Hadisədən sonra bir çox işçi istefa verib. Huver həyata qayıdıb, lakin yaddaş, yerimə və danışma problemləri var. Onun bacısı Donna Rhorer qanuni qəyyum kimi qardaşının himayəsini öz üzərinə götürüb.

Xəstəxana rəhbərliyi və KODA iddiaları rədd etsə də, Kentukki Baş Prokurorluğu və ABŞ Səhiyyə Resursları İdarəsi hadisəni araşdırır./Yenisabah.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »