Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı baş konsulluğunu bağlamaq qərarına gəlib. Onun əməkdaşları ölkədən çıxarılacaq.
Bu barədə jurnalistlərə XİN rəhbəri Radoslav Sikorski məlumat verib.
“Bununla əlaqədar olaraq, mən Rusiyanın Poznandakı baş konsulluğunun fəaliyyətinə icazəni ləğv etmək qərarına gəldim ki, onun əməkdaşlarının Polşa Respublikası ərazisində olması arzuolunmaz sayılacaq”, – o, brifinqdə bildirib.
Polşa diplomatik xidmətinin mətbuat katibi Pavel Vronskinin sözlərinə görə, bu, yaxın bir neçə gün ərzində baş verəcək.//Oxu.Az