Aİ Gürcüstanı 121 milyon avro yardımdan məhrum etdi

0

Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı itirib.

İctimai Rəy APA-ya istinadən bildirir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

O, bildirib ki, əgər gürcülər səsvermə yolu ilə Aİ-yə qoşulmağa davam etməmək qərarına gəlsələr, Gürcüstan bütün maliyyə yardımlarından məhrum olacaq.

Herçinski qeyd edib ki, Gürcüstan hökumətinə maliyyə yardımının dayandırılması barədə qərar bir müddət əvvəl verilib və bununla bağlı məlumatlar ötən həftə dərc olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »