Si Cinpin BRICS sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcək

0

Çin Sədri Si Cinpin BRICS sammitində iştirak etmək üçün oktyabrın 22-24-də Rusiyaya səfər edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin deyib.

“Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin oktyabrın 22-dən 24-dək keçiriləcək BRICS-in XVI sammitində iştirak etmək üçün Kazan şəhərinə səfər edəcək”, – o vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »