İl ərzində İsrailə 26 mindən çox mərmi, raket və PUA atılıb

0

Hərbi əməliyyatların başlamasından bəri İsrail ərazilərinə 26 mindən çox mərmi, raket və pilotsuz uçuş aparatları (PUA) atılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 13,2 mini Qəzza zolağından, 12,4 mini isə Livandan atılıb. Bundan əlavə, İrandan 400-ə yaxın, Yəməndən 180, Suriyadan isə 60-a yaxın hava hədəfi qeydə alınıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »