“Gələcək dron sürülərinin böyük döyüşlərinə şahidlik edəcək”.
Bu fikir amerikalı milyarder İlon Mask tərəfindən səslənib.
“Ağlınızı alacaq pilotsuz təyyarə döyüşləri gəlir”, – deyə İlon Mask özünə məxsus olan “X” sosial şəbkəsindəki hesabında yazıb.
Bununla amerikalı milyarder “ABŞ-ın ildə, Çinin isə hətta bir gündə təxminən 20 min pilotsuz uçan aparat istehsal edə biləcəyi barədə” bir istifadəçinin yazısını şərh edib.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın ordu nazirinin satınalma, texnologiya və logistika üzrə köməkçisi Duqlas Buş “ABŞ ordusunun pilotsuz uçuş aparatlarının (PUA) alışını sursat alışı səviyyəsinə çatdırmaq niyyətində olduğunu” bildirib.\\musavat\\