Sentyabrın 28 -də İsrail Baş naziri Naftali Bennettin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında, İranın Dünya Təşkilatında Daimi Nümayəndəsi Məcid Taxt-Ravançinin “Sionist rejimin şiddətli İranofobiyasına” işarə etməsinə reaksiya verib.
İctimairey.az Mehr Xəbər Agentliyinə istinadən bildirir ki, İran diplomantı – “İsrail baş nazirinin çıxışı İranla bağlı yalanlarla doludur. Bu rejim, yüzlərlə nüvə başlığına malik olduğu halda, sülhməramlı nüvə proqramımızı müzakirə edə bilməz. Və Fələstinə qarşı susması isə, Fələstinliləri hüquqlarından məhrum etmək əzmini nümayiş etdirir “- deyə bildirib.
Qeyd edək ki, Naftali Bennett BMT -yə müraciətində İranın dinc nüvə proqramına qarşı “sionist rejimin əsassız ittihamlarını” təkrarlayaraq, İranın ölkəsini məhv etmək və öz nüvə proqramı ilə bölgəyə hakim olmaq istədiyini söyləyib. Bennett görə, İran uranı nüvə silahı yaratmaq üçün, kifayət səviyyəyə qədər zənginləşdirilməsi də daxil olmaqla, nüvə proqramı ilə bağlı bütün qırmızı xətləri keçib.
Esmira ŞÜKÜROVA. İctimayrey.az