Fransanın dövlət borcu AÇIQLANDI

0

Fransanın dövlət borcu 3 trilyon avronu keçib və ölkə iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir.

Bunu “France 2” telekanalının efirində respublikanın baş naziri Mişel Barnye deyib.

“Ölkəmiz son dərəcə çətin bir vəziyyətdən keçir. Fransanın dövlət borcu 3 trilyon avrodur və ona xidmət göstərmək üçün ildə 50 milyard avrodan çox xərc tələb olunur.”

Telekanalın məlumatına görə, Fransanın dövlət borcu 3,16 trilyon avroya yaxındır.

Baş nazir hökumətin milli borcunun artmasına və ekoloji tələblərin azaldılmasına icazə verməyəcəyini bildirib.//APA

Leave A Reply

Your email address will not be published.

Tərcümə »