Rusiyada partladılan silah anbarının 10 km radiusunda tarla işləri qadağan olundu

0

Rusiyanın Tixoretski rayonunda Ukraynanın sentyabrın 21-də partlatdığı silah anbarının ətrafında 10 km radiusda torpaq-çöl işlərinin aparılması qadağan olunub.

Bu barədə rayonun rəhbəri Anatoli Perepelin özünün Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, qeyd olunan ərazilərdə əkin işlərinin həyata keçirilməsinə də icazə verilmir: “Hörmətli kənd təsərrüfatı istehsalçıları, Tixoretski rayonunun operativ qərargahı ərazilərdə partlayıcı obyektlərin olub-olmaması yoxlanılana qədər fövqəladə hadisə yerindən 10 kilometrlik ərazidə tarla işlərinin aparılmasını müvəqqəti qadağan etmək qərarına gəlib”.

Qeyd edək ki, Ukrayna tərəfi həmin anbarda Rusiyanın 3 aylıq raket ehtiyatının məhv edildiyini bildirir.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »