KTMT Tacikistanı himayə altına alır – “Taliban”dan təhdid var

0

2024-cü ilin sonuna kimi Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə KTMT-nin hədəf proqramı qəbul ediləcək.

Bu barədə bir gün əvvəl KTMT-nin baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

Bildirilir ki, bu qərar radikal qrupların fəallığının yüksək olaraq qaldığı Əfqanıstandan artan təhdidlər diktə edib. Tasmaqambetovun sözlərinə görə, proqram regionun təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm addım olacaq. Bu arada, mövcud təhlükəyə baxmayaraq, Əfqanıstanla həmsərhəd ölkələr Kabulla iqtisadi əməkdaşlığı artırır.

“Təhlükəsizlik məkanımızı gücləndirə biləcək konkret tədbirlərin hazırlanması istiqamətində davamlı iş davam edir. Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramı əsas elementdir”, – İmanqali Tasmaqambetov “Müttəfiqlər” ictimai-siyasi nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, beynəlxalq münasibətlərin dəyişməsi şəraitində KTMT-nin əsas prinsiplərinə sadiqliyi saxlamaq və yeni çağırışlara operativ reaksiya vermək vacibdir.

Tacikistan və Əfqanıstanı Mərkəzi Asiyanın ən uzun sərhədi – 1344 kilometr ayırır. Bu nahiyə SSRİ dağılandan sonra Rusiya sərhədçiləri tərəfindən qorunurdu, lakin 2004-cü ildə daha çox müstəqillik əldə etmək istəyən Tacikistan əməkdaşlıq müqaviləsini pozub.

Nəticədə sərhəd mühafizəsi məsuliyyəti bütünlüklə tacik hərbçilərinin çiyninə düşüb. Rusiya hərbi məsləhətçilərinin məhdud kontingenti fövqəladə hallarda dəstək göstərmək üçün respublikada qalıb. Bundan başqa, Avropa İttifaqı ölkələri, Çin, ABŞ, Hindistan, İran, BMT və KTMT sərhədin qorunmasında Tacikistana maliyyə və hərbi yardım göstərib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »