Amerikalı iş adamı İlon Mask ABŞ hökumətini bütün sahələrdə senzura tətbiq etməkdə ittiham edir.
“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“ABŞ-nin hər yerində senzura var”, – iş adamı qeyd edib.
Daha əvvəl İ.Mask bildirmişdi ki, ABŞ vətəndaşlarının ölkədə hökumət senzurasının nə qədər güclü olması barədə ümumi təsəvvürləri yoxdur.