“Ermənistan hakimiyyəti BMT-nin COP29 konfransının Bakıda keçiriləcək 29-cu sessiyasında iştirak etmək fikrindədir”.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu iddia “Daşnaksütyun” partiyasının İdarə Heyətinin üzvü, Kiro Manoyan tərəfindən gəlib.
“Paşinyan iqtidarı Ermənistan üçün vacib olan məsələləri gündəmə gətirmir. Məsələn, onlar erməni hərbi əsirlərin (terrorçuların – red.) geri qayıtması barədə danışmamağa üstünlük verirlər. Ruben Vardanyanın Qarabağda nə işlə məşğul olduğunu deyirlər. Belə olan halda COP29 tribunasının problemləri səsləndirmək ehtimalı yoxdur, ona görə də Ermənistan bu tədbiri boykot etsə, daha yaxşı olar. Ermənistan təmsilçilərinin iştirakı yalnız Bakının xeyrinə olacaq”, – deyə revanşist Manoyan bildirib.
Erməni ekspertin fikrincə, Ermənistan rəhbərliyi Bakıya getməklə bağlı hər hansı açıqlama verməyərək “iştirakını baha qiymətə satmağa” cəhd edir.