KXDR şimal-şərq istiqamətində “bir neçə qısamənzilli ballistik raket” buraxıb.
Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, raketlər yerli vaxtla təxminən saat 06:50-də (Bakı vaxtı ilə 01:50) Pxenyan-Namdo əyalətinin Keçxon şəhəri yaxınlığından şimal-şərq istiqamətində buraxılıb. Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi əlavə buraxılışlara hazır olduqlarını və ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardıqlarını bildirib.
Seulun məlumatına görə, uçuş məsafəsi təxminən 400 km təşkil edib.
Daha əvvəl Yaponiya iqtidarı iki ballistik raketin buraxıldığını bildirmişdi.//Report