İsrail hərbçiləri ölkənin şimalında səmada iki şübhəli uçuş aparatının sızmasını qeydə alıb.
“Report”un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, aparatlar Livandan uçub. Onların hava məkanına daxil olması səbəbindən Yuxarı Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib.
Aparatlar İsrailin nəzarətində olan Holan yüksəkliklərinin şimal hissəsinə düşüb.