Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci Toplantısı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrel ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflərin müzakirə etdiyi məsələlər hələ ki açıqlanmayıb.