İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah” hərəkatının hərbi obyektlərinə hücum edib.
İctimai Rəy publika.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri zərbələrin bir gün əvvəl, o cümlədən gecə endirilməsinə aydınlıq gətirib.
“Dünən gecə İsrail aviasiyası Livanın cənubundakı Blida bölgəsində “Hizbullah”ın silah anbarına zərbə endirib”, – deyə İDF qeyd edib.
Vurğulanıb ki, bir gün əvvəl İsrail artilleriyası Livanın cənubunda yerləşən bir neçə əraziyə də zərbələr endirib.